Müştərilər VTB Online internet bankinq xidmətinə qoşulur

Bank VTB -in korporativ müştəriləri VTB Online internet bankinq xidmətinə böyük maraq göstərir və bu xidmətdən istifadə edənlərin sayı durmadan artır. Belə ki, hazırda bankın korporativ müştərilərinin 44%-i internet bankinqə qoşularaq məsafəli xidmətdən istifadə edir.

VTB Online internet bankinq xidmətinə qoşulmaq tamamilə pulsuzdur.

VTB Online internet bankinq vasitəsi ilə bank hesablarından xidmətlərin ödənişi, ödənişlərin çoxsaylı davamlı avtorizasiyası və əmək haqqı layihələri üçün ödənişlərin kütləvi köçürülməsi, kart sifarişi və digər bank əməliyyatlarını həyata keçirmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır