Müxbir hesablardan nağdlaşdırmaya görə vergi tətbiq edilməyəcək

Banklar tərəfindən müxbir hesablarında olan pul vəsaiti nağdlaşdırılan zaman ödəmə mənbəyində 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu haqda Vergilər Nazirliyi banklara məlumat ünvanlayıb.

Bunlarla yanaşı bankların müxbir hesablarında olan pul vəsaitinin nağdlaşdırılması istisna olmaqla, vergi qanunvericiliyinin qeyd olunan müddəasının tətbiqinin banklara şamil edilməməsi digər sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə diskriminasiyaya gətirib çıxarar ki, bu da vergitutmanın ümumi, bərabər və ədalətli olması prinsipinin pozulması ilə nəticələnər. Buna əsasən bankların müxbir hesablarında olan pul vəsaitinin nağdlaşdırılması istisna olmaqla, banklar, bank olmayan kredit təşkilatları və digər kredit təşkilatları tərəfindən də öz bank hesablarında olan pul vəsaitinin nağdlaşdırılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır