Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Çexiya Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakova ilə görüşüb.
Qonaqları salamlayan nazir bildirib ki, Çexiya ilə Azərbaycan arasında əlaqələr inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır.
BBN.az xəbər verir ki, R.Quluzadə ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
Eyni zamanda, görüşdə nazirlər ölkələrimiz arasında müvafiq sahələrdə əlaqələrin genişləndirilməsi, informasiya texnologiyalarının inkişafı, o cümlədən nəqliyyat və İKT sahəsində layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.