Nəqliyyat sektorunda yük daşınması 2.3 dəfə artıb

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində yeni avtobuslar marşruta buraxılıb, avtomobil, hava və dəmir yolu nəqliyyatında mühüm tədbirlər həyata keçirilib.

BBN.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ildə nəqliyyat sektorunda yük daşınması 2007-ci illə müqayisədə 2.3 dəfə artaraq 6235.3 min tona, sərnişin daşınması 2.7 dəfə artaraq 50083.5 min nəfərə çatıb.

Qeyd edək ki, bu dövr ərzində yük və sərnişin daşınmasından bütövlükdə 28 milyon 726 min manat gəlir əldə edilib. bu da 2007-ci ildəki göstəricidən 2.2 dəfə çoxdur.

Ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır