Nəqliyyat sektorunda yükdaşıma qiymətləri bahalaşıb

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3% bahalaşıb.

Cari ilin iyun ayında may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri  0,1%, o cümlədən avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1%,  boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3%  ucuzlaşıb.

Qeyd edək ki, dəniz nəqliyyatında  ölkələrarası yükdaşıma qiymətləri 0,1 % bahalaşıb, qazın nəql olunma qiyməti, dəmiryol nəqliyyatında ölkədaxili və ölkələrarası yükdaşıma qiymətləri, hava nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri və avtomobil nəqliyyatında ölkədaxili yükdaşıma qiymətləri isə sabit qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır