“Nəyi? Necə? Nə vaxt? ictimaiyyətlə əlaqələrin idarə edilməsi”

13493255_10201651139358115_1330004238_o

Hörmətli oxucular!

Müasir dövrümüzdə uğur əldə etmək istəyən hər bir təşkilat PR dan istifadə edir. PR menecerlər insanların qəlbinə yol tapmağa çalışır, onların daxili dünyalarını öyrənir, maraq dairələrini müəyyənləşdirir, ictimaiyyəti informasiya ilə təmin edir, bununla da məqsədyönlü şəkildə ictimai fikrin dəyişməsinə nail olur. Deməli PR – məqsədyönlü şəkildə xəbərlərin yaradılması və yayılmasıdır. Lakin bu xəbərlər adından da göründüyü kimi məqsədyönlü şəkildə, düşünülərək, daha aydın ifadə etsək, diplomatcasına yaradılmalı və yayılmalıdır. Odur ki, PR mütəxəssislər ilk olaraq nəyi, necə və nə vaxt demək lazım olduğunu müəyyənləşdirməlidirlər.

“Nəyi?, Necə?, Nə vaxt? İctimaiyyətlə əlaqələrin idarə edilməsi” kitabında da müəllif, Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev son on illik ərzində Azərbaycanda daha da aktuallaşan “İctimaiyyətlə əlaqələr” in qurulması məsələlərinə aydınlıq gətirmişdir. Müəllif, istər jurnalist, istərsə də ictimaiyyətlə əlaqələrin qurulması sahəsindəki fəaliyyəti dövründə qazandığı təcrübəni oxucularla bölüşmüş, bu sahədə ilk addımlarını atmağa başlayan mütəxəssislərə PR, PR və reklamın fərqi, böhran kommunikasiyası, bank sektorunda ictimaiyyətlə əlaqələr, ictimaiyyətlə əlaqələrin qurulmasında vacib olan amillər barədə söhbət açmışdır.

Kitab ictimaiyyətlə əlaqələrin qurulması, PR tədbirlərin keçirilməsi, böhran kommunikasiyasının idarə edilməsi kimi məsələlərə maraq göstərən tələbələr üçün faydalı vəsait sayıla bilər. PR və onun diplomatcasına idarə edilməsi məsələərinin aktuallığını nəzərə alaraq Namiq Əliyevin “Nəyi?, Necə?, Nə vaxt? – İctimaiyyətlə əlaqələrin idarə edilməsi” kitabını diqqətinizə təqdim edirik.

Kitabı bu linkdən yükləyə bilərsiniz:  “Nəyi? Necə? Nə vaxt? ictimaiyyətlə əlaqələrin idarə edilməsi”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır