Hansı banklarda nağd istehlak krediti verilir?

BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda banklarda milli valyutada verilən nağd istehlak kreditlərinin faiz dərəcələri təqdim edilib.

Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 17-29% aralığında müəyyən edilib. Banklar içərisində verilən kreditin ən yüksək faiz dərəcəsi 29%-lə AGBank ASC-yə, ən aşağı faiz dərəcəsi isə 17%-lik göstərici ilə “Naxçıvan Bank ASC” –yə məxsusdur.

Qeyd: “UniBank ASC” –də təkrar müştərilər və əmək haqqını Unibank kartları ilə alan müştərilər üçün faiz dərəcəsi 23% -dən başlayır.

Paşa bankda isə nağd istehlak krediti əmək haqqı kartı yalnız Paşa bankdan olan müştərilərə verilir.

                                Nağd kreditlər
Bankın adı İllik faiz (%) Məbləğ,

manatla

Müddət

(ay)

Komisiya haqqı (%) Məhsulun adı
AccessBank QSC 20-dən başlayaraq 500-30000 6-36 0-1 Nağd kredit
AFB Bank ASC 28 500-10000 24 1 Güzəştli istehlak krediti
AGBank ASC 29 500-5000 12 İstehlak kreditləri
Amrahbank ASC 20-dən başlayaraq 300-10000 3-36 2 Nağd pul krediti
AtaBank ASC 24-26 Mak 5000 36 Ekspress kredit

 

Azər Türk Bank ASC 19-27 300-20000 3-48 1 İstehlak krediti
Azərbaycan Sənaye Bankı ASC 19-24 Minimum 500 36 1 Nağd pul krediti
Bank Avrasiya ASC 25 Maksimum 10000 24 1 İstehlak krediti
Bank BTB ASC 26-28 300-10000 1-36 1-3 Nağd Pul krediti
Bank of Baku ASC 23-29 300- 20000 3-48 1-2 Dövlət və özəl müəssisə əməkdaşları üçün kredit
Bank Respublika ASC 20-dən başlayaraq 500-20000 36 1-2 Nağd pul krediti (*Kampaniya)
Bank VTB (Azərbaycan)ASC 28 300-10000 6-36 1 Nağd kredit
Expressbank ASC 20-29 300-20000 3-48 “ASAN” kredit
Kapital Bank ASC 26 300-20000 3-48 Gündəlik tələbat krediti
Naxçıvan Bank 17 15000 6-36 İstehlak krediti
NBCBank ASC 24-25 Mak 15000 1-36 2,5-3 Nağd pul krediti
NİKOYL Bank İKB ASC 22-dən başlayaraq 300- 30000 6-36 2 Nağd kreditlər
PAŞA Bank ASC 48 1 Nağd kredit
Rabitəbank ASC 22 300-15000 3-36 1 Nağd pul krediti

 

Silk Vey Bank ASC 25 Mak

5000

12 1 İstehlak kreditləri
TuranBank ASC 20-dən başlayaraq 300-30000 36 1 İstehlak kreditləri

 

Unibank KB ASC 23-dən başlayaraq 300-20000 48 Nağd kreditlər

 

Yapı Kredi Bank Azərbaycan QSC 24 Minimum məbləğ 300 3-36  – Yeni müştəri krediti
Ziraat Bank Azərbaycan ASC Mak 50000 36 Şəxsi məqsədlər üçün nəzərdə tutulan istehlak krediti

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır