Hazırda dünyada nağdsız cəmiyyət olmağa ən yaxın ölkələrdən biri Çindir. Son zamanlar yayılan xəbərlərə görə, Çində bəzi mağazalarda nağd ödənişlər qəbul edilmir.
Bu yayılan xəbərlərin üzərindən Çin Mərkəzi bankı açıqlama verib. Açıqlamada bildirilib ki, bu hal yuan`ın qanuni durumuna pis təsir edir. Açıqlamada həmçinin bildirilib ki, müştərilərin ödəmə üsulunu seçmək haqqı var. Elektron tiarət və işçisiz mağazalar xaricində bütün iş yerlərində müştərilər nağdsız ödəmə ilə yanaşı nağd şəklində də ödəmə edə bilərlər.
Çin rəhbərliyi bütün işyerlərinə kartlı ödəmə ilə yanaşı, nağd ödənişi də təklif kimi verilməsini istəyib və bunun üçün iş yerlərinə 1 ay möhlət verib.