“Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hesablaşmaların nağd qaydada aparılması ay ərzində 30 min manatadək, digər vergiödəyiciləri tərəfindən isə ay ərzində 15 min manatadək məhdudlaşdırılır.
Bu barədə, Azərbaycan Respublikasının Vergilər Naziri,Fazil Məmmədov bildirib.