Nağdlaşdırma limitini aşanların hesabatı hazırlanacaq

1 yanvar 2017-ci il tarixindən “Nağdsız hesablaşmalar haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq, vergi ödəyiciləri ay ərzində hesablarından maksimum 30 min manat nağdlaşdıra bilərlər. 1 aprel 2017-ci il tarixindən sadələşdirilmiş vergi ödəyiciləri üçün isə bu limit 15 min manat olacaqdır.

Limiti aşma halı qeydə alındıqda bu açıq-aşkar iqtisadi və qanuni məqsədi olmayan əməliyyat kimi araşdırılacaq və bununla bağlı banklar hesabat tərtib edəcəklər. Lazım gəldikdə isə, bu hesabat Maliyyə Monitoring Xidmətinə təqdim ediləcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır