2016-cı il dekabrın 16-da qəbul edilmiş “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi ilə əlaqədar müxtəlif sahələr üzrə hesablaşmalar zamanı ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi ilə bağlı bəzi qanunlara dəyişikliklərin edilməsi müzakirə olunub.
Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov bu məsələ ilə əlaqədar Əmək Məcəlləsinə, o cümlədən “Turizm haqqında”, “Təhsil haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Əmək pensiyaları haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara təklif olunan müvafiq düzəlişlər barədə ətraflı məlumat verib.