ABA-da “Müvəqqəti İşçi Qrupu” nun növbəti iclası keçirilib

19 may Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və Maliyyə Monitorinqi Xidmətinin (MMX) nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu” nun növbəti iclası keçirilib. İclasda “Nağdsız hesablaşmalar haqqında’ Qanunun tətbiqi üzrə tələb olunan sənədlər və tövsiyələr müzakirə edilib.

Qeyd edək ki, sözügedən qanunun  tətbiqi çərçivəsində vergi ödəyicilərinin bank hesablarından məxaric əməliyyatlarının, habelə vergi ödəyicilərinin hesablarından fiziki şəxslərə köçürmələrin monitorinqi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır