Nağdsız hesablaşmalar sahəsində mövcud vəziyyət müzakirə edilib

21 iyun 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəhbərliyi arasında görüş keçirilib.

Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev, MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, ABA-nın prezidenti Zakir Nuriyev və İcraçı direktoru Yunus Abdulov,  ASK-nın prezidenti Məmməd Musayev, Vergilər nazirinin müavini İlkin Vəliyev və kommersiya banklarının nümayəndələri iştirak ediblər.

Görüş nağdsız hesablaşmalar sahəsində mövcud vəziyyətin müzakirəsi məqsədi ilə təşkil edilib.

Qeyd edək ki, iclasda   100-ə yaxın sahibkar  və müxtəlif assosasiya nümayəndələri də iştirak edib. Onların sualları cavablandırılıb və bəzi məsələlərin həlli üçün qeydlər aparılaraq operativ həlli ilə bağlı tədbirlər görüləcəyi nəzərə çatdırılıb. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır