Nağdsız ödənişlər üzrə nominasiyalar çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən bankların mükafatlandırılma mərasimi keçiriləcək.
Bu haqda BBN.az-a ABA-dan məlumat verilib.
Məlumata əsaəsən, AMB-nin təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə 2016-cı ildə nağdsız ödənişlər üzrə nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi və aktiv olanların mükafatlandırılması nəzərdə tutulur.
Mükafatlandırma 5 nominasiya üzrə olacaq:
- “Nağdsız ödənişlər üzrə lider bank”;
- “Elektron bankçılıq xidmətlərində lider bank”;
- “Elektron ticarətin inkişafında lider bank”;
- “Təmassız ödəniş kartları üzrə lider bank”;
- “Təmassız POS-temrinal infrastrukturu üzrə lider bank”.
Mərasimdə hər nominasiya üzrə ilk üç yerin sahibi elan ediləcəkdir.
Qeyd edək ki, banklar arasında maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi, elektron bankçılıq xidmətlərinin inkişaf etdirilməsi, nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədi ilə 2013-cü ildən bəri hər il nominasiya müsabiqəsi keçirilir.