İyun ayının 4-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının növbəti iclası keçirilib. Nar istehsalçıları və ixracatçılarının iştirak etdiyi iclasda Assosiasiyanın sədri Fərhad Qaraşov çıxış edərək nar istehsalı və ixracının artırılması istiqamətində görülmüş işlərdən, Assosiasiyanın gələcək hədəflərindən bəhs edib.
BBN.az xəbər verir ki, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsulları arasında nar və nardan hazırlanan məhsulların ixrac bazarları barədə məlumat verib, nar istehsalçılarını “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan ixrac missiyalarında, beynəlxalq sərgi və yarmarkalarda, həmçinin təşviqat və təbliğat xarakterli digər mühüm tədbirlərdə fərdi qaydada iştirak etməyə dəvət edib.
Qeyd edək ki, sonda sahibkarların sualları cavablandırılıb