Dövriyyəsi və müştəri bazasına görə Avstraliyanın ən böyük 4 maliyyə qurumundan biri olan National Bank of Australia, texnologiya nəhəngi olan Microsoft ilə əməkdaşlığa girərək, biometrik autentifikasiya özəlliyi daşıyan ATM-lərin istehsalına hazırlaşır.
Bankın rəsmi saytında yer alan məlumata istinadən, yeni bankomatlarda müştərilərin üz cizgilərinin tanınması üçün bulud texnologiyası və süni intellektdən istifadə olunacaq.
İstər vaxta qənaət, istərsə də təhkükəsizlik cəhətdən müştəri məmnuniyyətinin artırılmasına yönəldilmiş bu layihənin hazırlanmasında “Azure Cognitive Services” xidmətlərindən istifadə olunur.
Bu il Avstraliyanın Sidney şəhərində keçirilən “SIBOS 2018” konfransında konsepsiya və onun mümkünlüyü barədə çıxışlar olub.