2017-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında infrastruktur quruculuğu çərçivəsində bütün maliyyə mənbələrindən əsas kapitala 916 milyon 390 min manat vəsait yönəldilib.
BBN.az Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinə istinadən xəbər verir ki, əsas kapitala yönəldilmiş investisiyanın 845 milyon 790 min manatı və ya 92,3%-i tikinti-quraşdırma
işlərinin payına düşüb.