Muxtar respublikada 2017-ci ilin yanvar-may aylarında 927 milyon 928 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,9 % çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 % artaraq 2063 manata çatıb. Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 419 milyon 860 min manat həcmində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,1 % üstələyib.