Naxçıvanda idxal azalıb

Naxçıvan Muxtar Respublikasında ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 2016-cı ildə 2 milyard 582 milyon manatdan artıq olub. Bu dövr ərzində sənaye məhsulunun həcmi 103,2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 11,1 dəfə artıb.

2016-cı ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 463244,8 min ABŞ dolları təşkil edib. Bir il öncəyə nisbətən ixracın həcmi 1,1 % artaraq 419120,8 min ABŞ dolları, idxalın həcmi isə 54,9 % azalaraq 44124 min ABŞ dolları səviyyəsində olub. 2016-cı ildə xarici ticarət dövriyyəsinin 9,5 %-ni idxal, 90,5 %-ni isə ixrac təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır