Naxçıvanda orta aylıq əməkhaqqı artıb

2017-ci ildə muxtar respublikada istehsal olunmuş sənaye məhsulunun 73.2 %-i Naxçıvan şəhərinin payına düşüb. Belə ki, yeni sənaye müəssisələrinin yaradılması əhalinin keyfiyyətli yerli məhsullarla təminatında xüsusi rol oynamaqla yanaşı,  səmərəli məşğulluğu təmin edib.

BBN.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ildə sənaye sahəsində çalışanların sayı 2007-ci illə müqayisədə 2.2 dəfə artaraq 7128 nəfər olub.

Qeyd edək ki, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2.4 dəfə artaraq 429.6 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır