Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

2018-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında (MR) ümumi daxili məhsul istehsalı 524 milyon 186 min manatdan artıq olub.

BBN.az Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da bir il öncəki müvafiq göstəricidən çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9% artaraq 1156 manatı ötüb.

Qeyd edək ki, ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5%-lik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 54,1% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır