Naxçıvanın ticarət əlaqələri genişlənib

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə şərait yaradıb. Belə ki,  2017-ci ilin yanvar-avqust aylarında Muxtar Respublikada 304 milyon 838 min 500 dollar dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.

İxracın dəyəri son bir il ərzində 1,2 % artaraq 284 milyon 341 min 600 dollar, idxalın dəyəri 27,1 % azalaraq 20 milyon 496 min 900 dollar təşkil edib.

Qeyd edək ki, nəticədə 263 milyon 844 min 700 dollar dəyərində müsbət saldo yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır