Nazir Ağdaşda vətəndaşları qəbul edəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mayın 4-ü saat 15:00-da Ağdaş şəhərində Ağdaş, Kürdəmir, Ucar, Göyçay rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

BBN.az xəbər verir ki, Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır