Nazir Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Sentyabrın 26-da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb. Görüşdə əsas məqsəd Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) 3-cü mərhələsi üzrə danışıqların aparılması olub.

Layihədə əsas məqsəd infrastrukturun hazırkı vəziyyəti, icmalarda potensialların və maliyyə çıxışlarının, kiçik sahibkarların dəstəklənməsi, gəlirlərin artırılmasında dayanıqlılığın, kənd əhalisinin bacarıqlarının və vərdişlərinin artırılması, beynəlxalq təcrübədən yararlanmaqla coğrafi informasiya sistemi üzrə məlumatların toplanması, (xəritələrin hazırlanması,) AZKİL 1 və  Azkil 2-nin nəticələrindən bəhrələnməklə icmal infrasturukturunun dayanıqlılığının artırılması, infrasturuktur  obyektlərin, o cümlədən AzKİL tərəfindən tikilmiş obyektlərin idarə edilməsində bacarıqların gücləndirilməsi, bələdiyyələrin  kənd yolları, kəndin su təchizatı sistemləri və digər infrastruktur obyektlərinin hüquqi sahibləri kimi öz öhdəliklərini tam yerinə yetirməsini təmin etmək məqsədilə onların maliyyə, texniki bacarıq və potensialında mövcud olan boşluqların aradan qaldırılmasıdır.

Yekunda təkliflər nəzərə alınmaqla layihələrin təkmilləşdirilməsi, strateji qiymətləndirməni aparmaqla aqrar sektorda ehtiyacların müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır