Nazir vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Astara rayonunda bu rayonun və Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbul zamanı müraciətlər dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri, protez-ortopedik məmulatlarla təmin olunma, məşğulluğun təminatı və s. məsələləri əhatə edib.

Ayrı-ayrı vətəndaşların müraciətlərində əksini tapan məşğulluq məsələsi ilə əlaqədar yerindəcə tədbirlər görülüb. Onlara yaşadıqları ərazi üzrə müəssisələrdəki boş (vakant) iş yerləri təklif edilərək, seçdikləri və əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər təqdim edilib.

Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlər üzrə müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır