Nazir vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarov 9 mart 2018-ci il tarixində saat 11:00-də Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 05-08 mart 2018-ci il tarixlərində Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinə, Qusar, Xaçmaz və Şabran rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Vətəndaş qəbulu haqqında daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır