Nazirin qəbulunda vətəndaş müraciətlərinin əksəriyyəti yerində həll olunub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya və poçt xidmətləri, bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətləri dinləyib.

Telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edən vətəndaş müraciətlərinin əksəriyyəti yerində həllini tapıb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı edilən müraciətlər də qeydiyyata alınaraq, həmin müraciətlərin aidiyyəti üzrə müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıq və tövsiyələr verib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır