Nazirlik bankların işini asanlaşdıracaq yenilik edib

Banklar tərəfindən vergi ödəyicisi olan hüquqi şəxslərin dövlət müəssisəsi olub olmadığı müəyyən edilə biləcək.

Belə ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayns Ekspert” Qrupunun təşəbbüsü ilə Vergilər Nazirliyinə bununla bağlı rəsmi müraciət edilmişdir. Nazirlik tərəfindən müraciət müsbət qarşılanmış və Banklar müəssisələrin dövlət müəssisəsi olub olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin edilmişdir.

Xatırladaq ki, dövlət müəssisəsi nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır