Nazirliyin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

17 aprel 2018-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0104003683 ISIN kodlu, tədavül müddəti 364 gün olan 35.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

BBN.az xəbər verir ki, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 137.4 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 35.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 92.5841(gəlirlilik 8.9000%) səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, istiqrazların ödəmə müddəti 16 aprel 2019-cu ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır