“NBC Bank” ənənəvi fəaliyyəti ilə yanaşı həm də Korporativ Sosial Məsuliyyət missiyasının yerinə yetirilməsinə davam etdirməklə, bir sıra mühüm sosial layihələri həyata keçirir.
Belə ki, 18 oktyabr 2018-ci il tarixində Azərbaycan ziyalılarının iştirak etdiyi tədbirdə “NBC Bank” ASC-nin Baş sponsoruğu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun 60 illiyinə həsr olunmuş gənc iqtisadçılar arasında elmi məqalə müsabiqəsi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müxtəlif Nazirliklərin rəsmi nümayəndələri, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, Çin Xalq Respublikasının və Gürcüstan Respublikasının Milli Elmlər Akademiyaların üzvləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, “NBC Bank”ın Müşahidə Şurasının sədri Fuad Qənbərov və Baş direktoru Qasım Əliyev iştirak ediblər. Müsabiqənin nəticələrinə görə qaliblər “NBC Bank” və Nicos şirkəti tərəfindən mükaflandırıb: 1-ci yer – Leyli Allahverdiyeva; 2-ci yer – Şəhriyar Muxtarov və Şahin Əkbərov; 3-cü yer – Mirvari Qəzənfərli, Ceyhun Hüseynov və Şəhzadə Mədətova.