Azərbaycan Banklar Assosiasiyasının (ABA) Strateji Planında üzv banklarla birgə sosial yönlü layihələrin həyata keçirilməsi hədəf olaraq göstərilmişdir.
Bununla əlaqədar 23 fevral 2019-cu il tarixində bu istiqamətdə keçirilən növbəti tədbir “Banklararası Boulinq Çempionatı 2019“ turniri idi. Həmin turnir Gənclik Mall” Ticarət və Əyləncə Mərkəzinin 3-cü mərtəbəsində yerləşən “ONTOP” boulinq idman və əyləncə mərkəzində keçirilmişdir. Turnirin məqsədi bank əməkdaşlarının komanda işini asudə vaxtlarında da tətbiq etmək imkanı yaratmaq idi.
Turnirin nəticələrinə əsasən, 3-cü yerin qalibi “Azərbaycan Beynəlxalq Bankı”, 2-ci yer “Muğanbank” və 1-ci yerin qalibi isə “NBCBank”oldu. Qalibləri qələbə münasibəti ilə təbrik edirik.