“NBC Bank”ın I yarım il üzrə 1.34 milyon manat mənfəət əldə edib

“NBC Bank” I yarım il üzrə maliyyə hesabatını açıqlayıb. Belə ki, 30 iyun 2017-ci il tarixinə bankın cəmi aktivləri 169,6 milyon manat təşkil edib. Bu 2016-cı ilin son hesabat dövrü ilə müqayisədə 10,6 milyon manat çoxdur. Cəmi öhdəliklər 114,8 milyon, xalis mənfəət isə 1.34 milyon manat manat olub.

Qeyd edək ki, 2016-cı ilin dekabrın 31-i tarixində NBC bank hesabat dövrünü 1.8 milyon zərərlə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır