“NBCBank” ipoteka kreditlərinin verilməsində bir ilkə imza atıb.
Belə ki, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən güzəştsiz ipoteka kreditləri üçün təyin olunan illik 8%, NBCBank tərəfindən illik 7%-lə təklif olunur.
“NBCBank” ASC 2017-ci ildə artıq 5 milyon manatdan artıq məbləğdə AİF İpoteka kreditini rəsmiləşdirib və bu kredit üzrə müştəriləri 850 nəfərə yaxın olmaqla, portfeli 32 milyon manatdan artıqdır.
İpoteka kreditlərin məbləği 100000 AZN-ə qədər, ilkin ödəniş isə 15% təşkil edir.
Qeyd edək ki, bu şərtlər oktyabr ayının sonuna qədər qüvvədədir.