OPEC və digər neft istehsalçısı ölkələrin bazara stabillik gətirmək üçün istehsalı azaltmağa başlamasından öncə neft 4 aydan çox müddətin ən uzun yüksəlişini yaşayır.
OPEC-in ikinci ən böyük istehsalçısı olan İraqın neft naziri Jabbar Al-Luaibi Qahirədə baş tutan Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatının iclasında İraqın istehsalın azaldılması razılığına tamamilə əməl edəcəyini deyib.
Səudiyyə Ərəbistanının Energetika naziri Xalid Al-Falih isə, gələn il istehsalın azaldılmasının izafi təklifin olduğu bazarı tənzimləyəcəyini bildirib.