“Azerilight” markalı neftin qiyməti ucuzlaşıb.
BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 3.06 dollar və ya 3.98% ucuzlaşaraq 73.79 dollar təşkil edib.
“WTI” markalı neftin 1 barrelinin qiyməti 2.95 dollar və ya 4.33% azalaraq 68.06 dollar olub.
“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 3.49 dollar və ya 4.86% ucuzlaşaraq 71.84 dollar olub.