“Neft Daşları” NQÇİ ən yüksək hasilat göstəricisinə nail olub

Respublikamızın müstəqillik dövründə ilk dəfə olaraq NQÇİ üzrə illik hasilat 1.000.000 (bir millyon) tona çatdırılmışdır.Qeyd edək ki, 1949-cu ildən işlənmədə olan “Neft Daşları” yatağında indiyədək qazılmış 2211 quyudan 182 milyon 861 min ton neft, 14 milyard 92 milyon kubmetr qaz hasil olunmuşdur.

“Neft Daşları” NQÇİ-də hasilat 1967-ci ilə kimi artma tempi ilə davam etmiş, quyu fondu 700-ə, hasilat isə 7 milyon 600 min tona çatdırılmışdır. 1968-1990-cı illərdə hasilat aşağı düşərək 1990-cı ildə 963,3 min ton təşkil etmişdir. NQÇİ-də hasilatın sabit saxlanılması və artırılması istiqamətində görülən tədbirlər, xüsusilə 2014-cü ildə qəbul edilmiş geniş tədbirlər proqramının icrası nəticəsində həmin il neft hasilatı 940 min tona, 2015-ci ildə 941 min tona çatdırılmışdır. Son 3 ildə qazmadan 54 quyu alınmış, cari və əsaslı təmir işləri görülmüş, 309 geoloji, 1584 texniki tədbir həyata keçirilmişdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır