“Neft Daşları” yatağında daha bir quyu istifadəyə verilib

“Neft Daşları” yatağındakı 1887 saylı stasionar dəniz özülündə 2287 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.Quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 2565-2553 metr intervaldan gündəlik 12 ton neft və 16300 kubmetr qaz hasilatı ilə istismara daxil edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır