“Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işləri davam etdirir.Bu günlərdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi 1624 saylı meydançada və 1702-1541 saylı meydançalar arası estakadada həyata keçirilən əsaslı təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb.
Aparılmış təmir işlərindən sonra hər iki obyekt Dövlət Qəbulu komissiyası tərəfindən istismara qəbul edilib.