“Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan 2650 nömrəli quyu qazmadan sonra istismara verilib.Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1296-1290 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.