“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2666 nömrəli quyunun qazma işləri uğurla davam etdirilir.“Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1620 metrdir.

Qeyd edək ki, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır