2017-ci ilin yanvar-iyun aylarında ölkədə neft emalı məhsullarının istehlakı 1,9 milyon ton olub.
Bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % azdır. Ümumi istehlakın 32,4 %-ni avtomobil benzini, 31,5 %-ni dizel yanacağı, 16,9 %-ni mazut yanacağı, 5,3 %-ni neft-kimya sənayesində istifadə üçün benzin, 3,9 %-ni aviasiya üçün və sair ağ neft, 4%-ni neft bitumu, 3,7 %-ni maye qaz, 1,1 %-ni sürtkü yağları, 1,2 %-ni isə digər neft emalı məhsulları təşkil edib.