Neft Fondu Azərbaycan Beynəlxalq Bankına yerləşdirilən depozitin vaxtını uzadıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktoru Şahmar Mövsümov mətbuat konfransındakı çıxışı zamanı bildirib ki, Fond Azərbaycan Beynəlxalq Bankına qoyulan depozitin vaxtını uzadıb.

Onun sözlərinə görə, ARDNF Azərbaycan Beynəlxalq Bankında iki ədəd depozit yerləşdirib. Bu depozitlərdən birinin vaxtı artıq bitib və uzaldılmasına qərar verilib. Digərinin vaxtı isə may ayında bitəcək və onun da müddətinin uzaldılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır