Beynəlxalq Valyuta Fondu 2016-cı ilin noybar ayı üçün dünya qızıl bazarında son vəziyyət barədə hesabatında Azərbaycanın öz qızıl ehtiyatlarından 95 min unsiya (2,6 ton), yaxud ümumi ehiyatlarının 12%-ni xarici bazarda satdığı bildirilir.
Əslində həmin qızıl ehtiyatları Mərkəzi Banka deyil, Dövlət Neft Fonduna məxsusdur. Qızılın satılmasına gəlincə, Dövlət Neft Fondundan bildirilib ki, belə bir hadisə baş verməyib. Sadəcə olaraq, Azərbaycanın qızıl ehtiyatlarına cavabdeh olan Dövlət Neft Fondu onun etibarlı şəkildə qorunmasını təmin etmək məqsədilə Mərkəzi Bankda saxlayıb. Dövlət Neft Fondunun yeni binası istismara verildikdən sonra isə ehtiyatların Mərkəzi Bankın binasından öz binasına köçürülməsinə və burada saxlanılmasına qərar verib. Beləliklə, ehtiyatların bir hissəsi Mərkəzi Bankdan çıxarılıb. Bu, xəzinəyə giriş-çıxış sənədlərində də öz əksini tapıb.
Ehtimal olunur ki, həmin sənədlərə əsaslanan BVF, hesabatında bununla bağlı belə məlumat yayıb.
Xatırladaq ki, Ümumdünya Qızıl Şurasının son hesabatlarında Azərbaycanın qızıl ehtiyatlarının ümumi həcminin 30,2 ton olduğu bildirilirdi.
Mənbə: fins.az