Neft Fondunda Fransanın Avropa və Xarici İşlər Naziri yanında Dövlət Katibliyi ilə görüş keçirilib

 

2017-ci il sentyabr ayının 15-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Fransanın Avropa və Xarici İşlər Naziri yanında Dövlət Katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə ARDNF-nin fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti və Fransada yeni investisiya imkanları müzakirə edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır