Neft Fondunun vəsaiti 5%-dək artıb

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti ilin əvvəlinə nisbətən 1643,9 mln.dollar  və ya 4,96%-ə qədər artaraq 34790,9 mln. dollar təşkil edib.

2017-ci ilin 6 ayı ərzində Dövlət Neft Fondunun gəlirlərinin ümumi həcmi 6127,2 mln. manat və yaxud 3504,7 mln.  dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı  73,2% səviyyəsində yerinə yetirilib.

Qeyd edək ki, fondun xərcləri isə 5533,8 mln. manat və ya 3149,6 mln.  dollar olmaqla büdcədə nəzərdə tutulan məbləğə qarşı  38,2% səviyyəsində icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır