Neft hasilatında 38 milyon tonadək azalma ola bilər

2025-ci ilədək Azərbaycanın neft hasilatında   38 milyon tonadək azalma ola bilər.

Bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strateji inkişaf və investisiya layihələri şöbəsinin rəisi Tariyel Mirzəyev deyib.

Tariyel Mirzəyev  bu proqnozların şirkət tərəfindən SOCAR və digər mənbələrə istinadən hazırlandığını bildirib.

O  qeyd edib ki, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin ümumi buraxılış qüvvəsi 57,4 milyon təşkil edir ki, bu da Azərbaycana bu kəmərlər vasitəsilə Qazaxıstan və Türkmənistan neftini tədarük etməyə imkan verir.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 41,03 milyon ton neft və qaz kondensatı hasil olunub. Bu, 2015-ci ilin göstəricisindən 1,5 faiz azdır.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır