Neft investorları OPEC haqqında müsbət düşünür

Neft investorları bu həftə həyata keçiriləcək OPEC iclasında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə olunacağını düşünürlər.

Sabah Vyanada baş tutacaq görüşdən əvvəl bu gözləntilər daha da güclənib.

Qeyd edək ki, bazar ertəsi günü İraq Neft nazirinin razılıqla bağlı müsbət fikirlər bildirməsi neftin qiymətinə də təsir etmişdi. Lakin hələ də OPEC ölkələri arasındakı fikir ayrılıqları davam etməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır