Neft kəmərləri ilə nəqletmənin 79%-i BTC vasitəsilə həyata keçirilib

Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında magistral neft kəmərləri ilə 32072,8 min ton neft nəql edilib.

Nəqletmənin 78,7 %-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 25229,8 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 4805,7 min ton tranzit nefti də nəql edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır