1 avqust 2017-ci il tarixində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə “SOCAR Methanol” MMC arasında anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumunu AMEA NKPİ-nin direktoru, akademik Vaqif Abbasov və “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev imzalayıblar. İki qurum arasında elmi-praktiki və istehsal sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün şərait yaradan anlaşma memorandumu bir neçə istiqamət üzrə həyata keçiriləcək. Bu istiqamətlər metanolun tətbiqi sahəsində yeni istehsal imkanlarının müəyyən edilməsi, habelə metanolun istehsalının təkmilləşdirilməsi ilə bağlı elmi-texniki əməkdaşlığın edilməsini əhatə edir.