Neft məhsullarının ixracı haqqında məlumat açıqlanıb

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin dekabr ayında 52 min 203 ton dizel yanacağı, 3 min 471 ton təyyarə yanacağı, 7 min 813 ton yüksək təzyiqli polietilen, 12 min 369 ton maye piroliz qətranı, 6 min 282 ton propilen, 605 ton mütləqləşdirilmiş izopropil spirti və 4 min 580 ton butilen butadien fraksiyası ixrac etmişdir.

Ümumilikdə, 2016-cı ilin yanvar-dekabr ayları ərzində 728 min 374 ton dizel yanacağı, 177 min 506 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 84 min 540 ton yüksək təzyiqli polietilen, 9 min 931 ton mütləqləşdirilmiş izopropil spirti, 69 min 946 ton maye piroliz qətranı, 43 min 837 ton propilen və 23 min 347 ton butilen butadien fraksiyası ixrac edilmişdir.

2016-cı ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 532,08 ABŞ dolları, təyyarə yanacağının – 493,10 dollar, dizel yanacağının – 467,91 dollar, 1% kükürdlü mazutun qiyməti – 306,56 dollar, yüksək təzyiqli polietilenin – 1190 dollar, butilen butadien fraksiyasının – 575,29 dollar, maye piroliz qətranının – 532,08 dollar, propilenin qiyməti – 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 900 avro təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır